İ.Həniyyə: Region misli görünməmiş çaxnaşmaya doğru gedir

Həmas hərəkatı siyasi bürosunun lideri deyib: Münaqişələr həbsxana daxilində qalmayacaq. Çünki Fələstin xalqı öz əsirlərini bu prosesdə arxasız qoymayacaq.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, İsmayıl Həniyyə bu gün (28 yanvar) sionist rejim həbsxanalarında məhbuslara təzyiqlərin İtamar Ben-Qvinin şəxsi əmri ilə baş verdiyini qeyd edərək deyib: Həbsxanalarda məhbuslara qarşı kobudluq halları şiddətlənir və əksər əsirlər karslara köçürülür. Bu isə Netanyahu kabinetinin terrorçu layihələrinin davamçısı Ben-Qvinin əmri əsasında baş verir.

İ.Həniyyə həmçinin Ben-Qvinin bir fələstinli körpəni şəhid etdiyinə görə sionist hərbçiyə təşəkkürünü xatırladaraq deyib: Məntəqə misli görünməmiş çaxnaşmaya doğru hərəkət edir. Münaqişələr həbsxana ilə bitməyəcək. Fələstinlilər bu cinayətlərə son qoyacaqlar. Dünya böyük bir sınaq qarşısındadır.

Xatırladaq ki, yanvarın 27-də axşam saatlarında “Əlqəm Xeyri” adlı 21 yaşlı fələstinli gənc işğal altındakı Qüdsün şimalında yerləşən Beyt Hənina qəsəbəsində Nəbi Yəqub bölgəsində yəhudi sinaqoqunun yaxınlığında bir qrup sionistə qarşı silahlı hücum edib. Nəticədə əməliyyatda səkkiz sionist öldürülüb, 10-u isə yaralanıb. Bu hadisədən bir neçə dəqiqə sonra əməliyyatın icraçısı sionist əsgərlərin silahlı qarşıdurması zamanı şəhid olub. Bu qarşıdurmada 9 fələstinli şəhid olub və 20 nəfər yaralanıb.

Related posts

Smotriç Netanyahu və digər Gallantın istefasını tələb edir

Sionist rejim Livanın cənubuna artilleriya hücumu edib

Həmas: Sionist rejimin məhvi qətidir