A.Hacızadə: mühafizə xidməti başçısının vəziyyəti yaxşıdır

Azərbaycan Respublikası XİN sözçüsü Tehran səfirliyində baş vermiş hadisədə zərərçəkən və “Təcriş” xəstəxanasında əməliyyat olunmuş mühafizə xidməti başçısının vəziyyətinin yaxşı olduğundan xəbər verib.

Fars İnformasiya Agentliyinin Trendə istinadən verdiyi məlumatına əsasən, Ayxan Hacızadə deyib: Dünən (27 yanvar) AR-nin Tehrandakı səfirliyi hadisəsinə yaralanmış mühafizə xidmətinin başçısı Vasif Tağıyevin ümumi vəziyyəti cərrahiyyə əməliyyatından sonra yaxşılaşmağa doğru gedir.

Xəstəxana rəhbərliyi rəsmi olaraq elan edib ki, V.Tağıyev çiyin və çənə nahiyəsindən güllə yarası alıb və əməliyyatdan sonra vəziyyəti stabildir. Digər yaralının da bədənində olan mərmi çıxarılıb və vəziyyəti yaxşıdır.

Qeyd edək ki, Azərbaycanın Tehrandakı səfirliyinə hücum yanvarın 27-si səhər saat 8.30 radələrində baş verib. Bu hadisədə 1 nəfər həlak olub və 2 nəfər yaralanıb.

Related posts

İran: Müsəlman ölkələrinin Qəzzə müharibəsindəki mövqeyi tarixə yazılır

Qəzzada kütləvi məzarlıqlar…

Azərbaycan və İran generallarının görüşü baş tutub – FOTO