Hüquq müdafiəçisi: Naxçıvanda süpürgəçilər həbs olunub

Naxçıvan Şəhər Sanitar Təmizlik İdarəsinin 7 nəfər işçisi məhkəmə qərarı ilə inzibati qaydada həbs olunub. Bu barədə hüquq müdafiəçisi Rüfət Səfərov məlumat verib.

 “Naxçıvan Şəhər Sanitar Təmizlik İdarəsinin 7 nəfər işçisi ağır iş rejimi və əmək haqlarının kəsilməsindən şikayət etmək üçün Ali Məclisin sədri Vasif Talıbovun qəbuluna gediblər. Bu müraciət  onlara  baha başa gəlib. Belə ki, şikayətçilər 15 sutka inzibati qaydada həbs olunublar. Naxçıvan Şəhər Sanitar Təmizlik İdarəsinin kadrlar şöbəsi bu faktı təsdiqləyib”, – Rüfət Səfərov deyib. 

Rüfət Səfərov deyir ki, vətəndaşlara qarşı atılan bu addım onların həm müraciət etmək, həm də ədalətli məhkəmə araşdırması hüququnu pozub. 
“Vətəndaşların müraciətlərinə baxılması haqqqında qanun”a görə,  istənilən vətəndaşın ərizə, müraciət və şikayətlə dövlət idarəetmə orqanlarına müraciət etmə hüququ var. Eyni zamanda qurama və saxta əsaslarla onların barəsində məhkəmə hökmü çıxarılıb, bu da ədalətli məhkəmə araşdırması hüququnun pozulması deməkdir”.
Özünü növbətçi Abbasov deyə təqdim edən Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı, 7 süpürgəçinin həbsi ilə bağlı məlumatın  yalan olduğunu bildirib.  “Bu məlumat yalan və əsassızdır. Süpürgəçilərin saxlanması ilə bağlı  məlumat yoxdur və heç kim həbs olunmayıb”, – növbətçi Abbasov bildirib.

Related posts

Neftçalada üzərində güllə izi olan insan sümüyü tapıldı – FOTO

Viza düzəltmək adı ilə 200-dən çox şəxsi aldadan qadın həbs edildi – FOTO

Azərbaycan çempionatında maraqlı hadisə: Qapıdan qapıya qol – VİDEO