Cinayətkar cinayətkarı ittiham etdi!!

QafqazTimes.com Reuters-ə istinadən xəbər verir: ABŞ senatı Rusiya prezidenti Vladimir Putini hərbi cinayətkar kimi ittiham edib. Qətnamə bir səslə qəbul olunub. Qətnaməyə əsasən Putin haqqında hərbi cinayətkar kimi araşdırma başlayacaq. ABŞ konqresində nadir hadisədir ki, bir qətnamə yekdilliklə qəbul edilir. Rusiya prezidenti respublikaçılarla demokratların bir cəbhədən hücumuna məruz qalıb. Senat beynəlxalq cinayət məhkəmələrini Putinin Ukraynaya hərbi müdaxiləsini mühakiməyə etməyə çağırır.

Amma dünya ABŞ-ın öz tarixi boyu hərbi cinayətlərini, müxtəlif ölkələrə hərbi müdaxilələrini də görür. ABŞ Fələstin xalqını qətliam edən İsrail, Yəməni bombalayan Ərəbistan kimi ölkələri nəinki ittiham etmir, hətta silahlandırır. ABŞ senatının bu addımını bir cinayətkarın o biri cinayətkarı ittihamı da adlandırmaq olar.

Related posts

ABŞ beynəlxalq məhkəməni hədələyir!

Rusiya Qəzzədəki kütləvi məzarlıqlar barədə araşdırma tələb edir

Kolumbiya prezidenti: Mayın 2-də İsraillə diplomatik əlaqələri kəsəcəyik