Hizbullah: Səmir Cəcənin partiyası Tayounə hadisələrinə görə məsuliyyət daşıyır

Qafqaztimes xəbər verir ki, Əl-Mənar TV-nin məlumatına görə, Livan Hizbullah hərakatının baş katibinin müavini, ötən cümə axşamı əl-Tayounə bölgəsində Səmir Cəcənin başçılıq etdiyi “Əl-Quvvatul-Lubnaniyyə” partiyası tərəfindən törədilən hadisədə Hizbullah və Əməl hərəkatının onlarla üzvünün şəhid edilməsinə və yaralanmasına işarə edərək, adı çəkilən partiyanın bu cinayətlərə görə məsuliyyət daşıdığını söyləyib.

Şeyx Nəim Qasim dünən Əl-Şəyah bölgəsində şəhid Məryəm Fərhat və Məhəmməd əl-Seyidin yas mərasimində qeyd etdi ki, Hər bir tərəfə qarşı irəli sürülən ittiham, istintaqın üzə çıxaracağı sənədlərə əsaslanacaq.

Şeyx Nəim Qasim həmçinin deyib: “İstintaqın cinayətkarların kimliyini müəyyənləşdirməsini gözləyirik, amma istintaqın Əl-Quvvatul-Lubnaniyyə partiyasının cinayətkarların arxasında durmasını müəyyən etməsini gözləməyəcəyik. Onların bu dəstəyi qətidir.

Hizbullah baş katibinin müavini belə əlavə edib: “Hizbullah və Əməl hərəkatı olaraq məsuliyyətimiz istintaqı izləməkdir. Bu işdə biz qalibik. Biz verdiyimiz şəhidlərlə birlikdə qalib gələcəyik. Vətəndaş müharibəsinin qarşısını alaraq qalib gələcəyik. Cinayətkarları sorğu-suala çəkməklə və bizi sürükləmək istədikləri planın həyata keçirilməsinin qarşısını almaqla qalib gələcəyik.”

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur

Demo+terror+kratiya