Qaradərili uşaqlar belə ABŞ polisinin zorakılığından amanda deyillər

Qafqaztimes xəbər verir ki, Associated Press-in araşdırmalarına görə ABŞ polisləri altı yaşlı uşaqlarla belə vəhşicəsinə rəftar edirlər. Bu məlumata görə, ən çox görülən şiddətli davranış növləri yerə yıxmaq və odlu silahdan istifadə etməkdir.

Polis zorakılığına məruz qalan bir qız uşağı deyir: “Evin qapısının üstündən uca səs eşitdik və hamımız bir-birimizə baxdıq və sonra polisin “yerə uzan “dediyini eşitdik. Biz çox qorxurduq və ağlayırdıq.”

ABŞ polisinin uşaqlarla şiddətli rəftarı mövzusunda bir mütəxəssis bildirib: “Hal-hazırda şahidi olduğumuz 14 və ya 15 fakt, uzun müddətdir Çikaqoda davam edən uşaqlara qarşı zorakılıqla bağlı böyük problemin yalnız bir hissəsidir.”

Polis tərəfindən şiddətə məruz qalan başqa bir uşaq isə belə deyib: “Yol gedirdim ki, onlar məni qapıya sıxdılar, sonra əllərimi qandalladılar. Mən titrəyirdim və əsəbi idim. Qandallar əllərimin göyərməsinə və zədələnməsinə səbəb oldu.”

Bundan əvvəl, Axius xəbər agentliyi Kaliforniyada aparılan təhqiqatlara və təhlillərə əsaslanaraq, ABŞ polisi ilə toqquşmalar səbəbiylə xəstəxanaya yerləşdirilən qaradərili uşaqların və yeniyetmələrin sayının ağ uşaq və yeniyetmələrdən 4-7 dəfə çox olduğunu bildirmişdi.

Related posts

Yəhudilər qaçır!

Qəzza…

Dünyanı kim qarışdırır?