General-mayor Baqiri: Rusiya ilə dəniz əməkdaşlığı haqqında razılaşmalar əldə etdik

Qafqaztimes xəbər verir ki, İran İslam Respublikasının Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqiri Rusiya Şimal Dəniz Donanmasının Komandanı Admiral Vladimir Kasatonovla görüşdən sonra jurnalistlərə verdiyi açıqlamada bildirib: “Görüşdə, İran gəmilərinin Rusiyada təlimlərdə, hərbi yarışlarda iştirakı və əməliyyat təcrübəsi mübadiləsi, dəniz texnikasının təkmilləşdirilməsi üçün ortaq işlər və tədqiqatlar və eləcə də Rusiyanın İran dəniz təlimlərində iştirakı da daxil olmaqla ikitərəfli dəniz əməkdaşlığı müzakirə edildi.”

İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Rusiya Hərbi Dəniz Qüvvələri komandanı ilə müzakirə olunan mövzular arasında Rusiyanın iştirak etdiyi İran dəniz kuboku və dalğıc yarışlarını qeyd edib.

O, sözünə belə davam edib: “Xəzəryanı dövlətlərin dəniz komandanlarının görüşü və Xəzər dənizinin beş sahil dövlətinin razılığına əsasən bu ölkələr tərəfindən təmin edilməli olan Xəzər dənizinin təhlükəsizliyi üçün əməkdaşlıqlar barədə danışdıq və yaxşı razılaşmalar əldə olundu.”

İran gəmilərinin bu il Rusiya Hərbi Dəniz Qüvvələri paradında iştirakına toxunan Admiral Vladimir Kasatunov isə deyib: İran gəmilərinin Rusiya sularında olması bu dəniz paradını zinətləndirib.

Related posts

Yəhudilər qaçır!

Qəzza…

Dünyanı kim qarışdırır?