Hindistan öz “bitkoinini” buraxır

QafqazTimes.com Forbes-ə istinadən xəbər verir: Sahibsiz, zəmanətsiz, ünvansız bitkoin kimi kriptovalyutaların qatı düşmənlərindən olan Hindistan öz rəqəmsal valyutasını buraxır. 1 apreldə  Hindistanda yeni iqtisadiyyat ili başlayır. Yeni ildə Hindistan kriptovalyutası dövriyədə olacaq. Ölkənin maliyyə naziri Nirmala Sitaraman deyib ki, Hindistan Mərkəzi Bankı 1 apreldə rupinin rəqəmsal versiyasını işə salacaq. Beləcə, Hindistan rəqəmsal valyutanı Mərkəzi Bankdan dövriyyəyə buraxan nəhəng ölkələrdən olacaq.

Dünyada ilk dəfə Baham Adaları Mərkəzi Bankdan rəqəmsal valyuta buraxıb. Yeni pul Sand Dollar adlanır. Cənubi Koreyanın Mərkəzi Bankı rəqəmsal valyutanın son sınaq mərhələsində olduğunu bildirib. Yaponiya Mərkəzi Bankı da yeni valyutanın test edildiyini elan edib. Çində də eyni proses gedir.

Dünya kriptovalyutaya münasibətdə çaşqınlıq içində idi. Bu pulun arxasında heç nə dayanmırdı. Yəni dünya əhalisinin milyardları 1 dəqiqə ərzində havaya sovrula bilərdi. Amma bi rölkənin Mərkəzi Bankı rəqəmsal valyuta buraxırsa,  onun arxasında dayanıb.

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur

Demo+terror+kratiya