İsraillilərin 59%-i immiqrasiya haqqında düşünür

QafqazTimes xəbər verir ki, “Begin Heritage Center” tərəfindən aparılan ictimai sorğunun nəticələrinə görə israillilərin 59%-i işğal olunmuş Fələstindən kənara mühacirət etmək üçün müxtəlif ölkələrin səfirliklərinə üz tutub və ya bu səfirliklərə getməyi düşünürlər.

Sorğu həmçinin göstərir ki, israilli ailələrin 78%-i övladlarının işğal olunmuş Fələstindən kənara səfər etməsini dəstəkləyir. Sionist “Maariv” qəzetinin yazıçısı Kalman Libeskind deyib: “Biz İsraildə sionizmdən və İsraildən çox uzaq olan və yəhudi dövlətinə az diqqət yetirən solçu fenomenin böyüməsinin əleyhinəyik”.

“Rai əl-Youm” qəzetinin məlumatına görə, Libeskind əlavə edib ki, bu israilli qrup hətta təkbaşına sionist layihəsinə qarşı plana rəhbərlik edir və Nəkbə hadisələri (Fələstinin işğalı faciəsi), Fələstin dövləti və 1948-1967-ci illərdə işğal olunmuş sərhədlər barədə
həqiqəti yenidən nəzərdən keçirmək istəyirlər.

O, həmçinin bildirib ki, bu fəalların əksəriyyəti İsrail vətəndaş cəmiyyəti təşkilatlarının üzvləridirlər və onlar müxtəlif ölkələrdən maliyyə yardımı alaraq onu İsrail ordusu və hərbiçilərini gözdən salmağa xərcləyirlər.

Related posts

Sionist rəsmi: İsrail 100 illik yubileyinə çatmayacaq

16 il fasilədən sonra Əl Qəssam-Gyuati qarşılaşdı

ABŞ-ın əsil siması