Başsağlığı müraciəti

İnqilab Rəhbəri Ayətullah Xamenei Ayətullah Safi Gülpayiqaninin vəfatı münasibətilə müraciət ünvanlayıb. Başsağlığı müraciətində deyilir:

Təəssüf, ali məqamlı fəqih, bəsirətli təqlid mərcəsi cənab Ayətullah Safi Gülpayiqaninin (rəhmətullahi əleyh) ölüm xəbərini aldım. O, Qum Elm Hövzəsinin sütünlarından biri, elm və əməldə nümunə şəxs, mübarək hövzənin ən stajlı din alimi idi.
Ayətullah Safi Gülpayiqani inqilab dövründə İmam Xomeyninin inanıb-etibar etdiyi şəxs olmuşdur. İnqilabdan sonra da inqilab və ölkənin problemlərinin həlli üçün canıyananlıq etmişdir. Dəfələrlə onun məşvərətlərindən bəhrələnmişəm. Onun əziz ailəsinə və böyük təqlid mərcələrinə başsağlığı bildirirəm.

Related posts

Qəzza…

Dünyanı kim qarışdırır?

Qərbdə Həmasa dəstək