Hind SWIFT-i!

QafqazTimes.com Economic Times-ə istinadən xəbər verir: Rusiya və Hindistan SWIFT-ə alternativ hazırlayıb…

Əvvəla SWIFT nədir? Dünyada bir neçə məşhur beynəlxalq banklararası sistem mövcuddur, SWIFT isə onların ən güclüsüdür.  SWIFT – “Society for Worldwide Interbank Financial Telecommunication” – dünya miqyasında banklararası maliyyə kommunikasiyaları icması deməkdir.  “Visa” və ya “Mastercard” kimi ödəniş sistemlərindən fərqli olaraq, SWIFT yalnız banklararası istifadə olunur. SWIFT 1973-cü ildən mövcuddur. SWIFT-in qərargahı Brüssel yaxınlığındakı La-Yulpda yerləşir. Təşkilat 25 nəfərdən ibarət olan direktorlar şurası tərəfindən idarə olunur. ABŞ-ın işarəsi ilə SWIFT İrana xidmət göstərmir. Hazırda İrandakı insanlara və ya şirkətlərə pul yalnız dolayı yollarla – BƏƏ, Türkiyə, İraq, Tayvan və xaricdə fəaliyyət göstərən İran bankları vasitəsilə köçürülə bilər. 2014-cü ildə Krımın Rusiyaya birləşdirilməsindən sonra Qərb ölkələri təzyiq aləti kimi Rusiyanı SWIFT-dən ayırmaqla hədələməyə başladı və nəhayət Rusiyanın 7 bankı SWIFT-dən çıxarıldı. Son məlumata əsasən, Rusiya ilə Hindistan SWIFT-ə alternativ hazırlayıb.

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur

Demo+terror+kratiya