Cenin düşərgəsində iki fələstinli şəhid edilib

QafqazTimes xəbər verir ki, İsrail ordusu qüvvələri bu gün səhər (cümə axşamı) Cenin düşərgəsinə basqın edərək iki gənc fələstinlini şəhid ediblər.

Ərəb 48 xəbər saytının məlumatına görə, İsrail ordusu Cenin düşərgəsinə hücumda onlarla hərbi maşın və müxtəlif silahlardan istifadə edib. Eyni zamanda snayperlər də fələstinlilərin evlərinin damlarında yerləşdirilib.

Məlumata görə, İsrail qüvvələri Fələstinlilərin iqamətgahını mühasirəyə alaraq camaatdan evlərini tərk etmələrini tələb ediblər. Açıqlanan son statistik məlumatlara görə, bu münaqişədə yaralanan fələstinlilərin sayı 15-dir.

İşğalçı rejim qüvvələri Fələstin müqavimət qüvvələri ilə qarşıdurma və dinc əhaliyə hücumlarla yanaşı Cenin Dövlət Xəstəxanası yaxınlığında gözyaşardıcı qazdan istifadə edərək yaralıların müalicəsinə mane olmuşlar.

Related posts

Qəzzada kütləvi məzarlıqlar…

Azərbaycan və İran generallarının görüşü baş tutub – FOTO

Smotriç Netanyahu və digər Gallantın istefasını tələb edir