“Heyətu Təhrir əş-Şam”-ın rəsmi sözçüsü həlak edildi

Qafqaztimes xəbər verir ki, Əl-Aləm telekanalının verdiyi məlumata görə, Suriya mənbələri cümə axşamı “Heyətu Təhrir əş-Şam” (keçmiş “Cəbhətun-Nusrə”) terror qruplaşmasının rəsmi sözçüsü Əbu Xalid əş-Şaminin ölümü barədə məlumat veriblər.

Yerli mənbələr Suriyanın “Sham FM” radiosuna bildiriblər ki, “Heyətu Təhrir əş-Şam”-ın  rəsmi sözçüsü və qrupun media koordinatoru Əbu Musəb bu gün qətlə yetirilmişlər.

Bu məlumata görə, adı çəkilən bu iki nəfər Suriya ordusunun İdlib əyalətinin cənubunda yerləşən Əl-Ziyana dağındakı terror qruplaşmasının qərargahlarından birinə artilleriya hücumu nəticəsində həlak edilmişdir.

Related posts

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir

İmam Xamenei: Nüvə və insan haqları bəhanədir / Amerika İslam Respublikasının imkanlarından narahatdır