Bəşar Əsəd: Suriya ABŞ-ın yaratdığı blokada şəraitini önləmək üçün potensiallara malikdir

Qafqaztimes xəbər verir ki, Əl-Məyadin telekanalının məlumatına görə, Suriya prezidenti Bəşar Əsəd dünən Adra sənaye şəhərinə səfər etmiş və Suriyanın daha çox investisiya və məşğulluq imkanı yaratmaq potensialına sahib olduğunu vurğulamışdır.

Suriya prezidenti deyib: “Ölkəmiz blokada şəraitini önləmək və onun təsirlərini azaltmaq üçün real imkanlara və potensiallara malikdir.”

Şəhərdə müharibə şəraitində qurulan bir sıra obyekt və fabrikləri ziyarət edərkən Bəşar Əsəd bu fabriklərin sahiblərinin bir çox problem və çətinliklərə baxmayaraq fəaliyyətlərində müvəffəq olduqlarını söyləyib.

Suriya prezidenti bu şəhərə səfəri əsnasında sənətkarlar ilə görüşmüş və onlarla istehsalda inkişafın keyfiyyəti və Suriyada sənayenin üzləşdiyi maneələrin aşılması barədə danışmışdır.

Bu, Bəşar Əsədin bir ay ərzində sənaye şəhərinə etdiyi ikinci səfəridir və bundan öncə o, sənaye şəhəri olan Hisyaya səfər etmişdi.

Related posts

Yəhudilər qaçır!

Qəzza…

Dünyanı kim qarışdırır?