Haaretz: İsraillilər Hizbullahla müharibə istəmirlər

Qafqaztimes xəbər verir ki, sionist qəzet Haaretz, cümə günü səhər işğal edilmiş ərazilərə raket hücumunun müstəsna bir hərəkət olduğunu və israillilərin də bu rejimin liderləri kimi müharibə istəmədiyini yazıb.

Bir siyasi ekspert sionist kanalına verdiyi müsahibədə belə deyib: “İsrail baş naziri Naftali Bennett daha əvvəl Hizbullahın raket hücumunun müharibə üçün bir bəhanə olduğunu söyləmişdi, amma biz müharibəyə başlamaq istəmirik. Bununla yanaşı başımızı kola da salmamalıyıq.”

Sionist mətbuat daha əvvəl İsrail ordusundakı kəşfiyyat hesablamalarının Hizbullahın İsrail hava hücumlarına cavab verməyəcəyini göstərdiyini bildirmişdi.

İsrail mediasının yazdığına görə, kəşfiyyat qiymətləndirməsinin səhv olması ortaya çıxdı və Hizbullahın strateji bölgələrdən raket atması İsrail üçün təhlükəli bir gedişatdan xəbər verdi.

Related posts

Həmas: Sionist rejimin məhvi qətidir

Yəhudilər qaçır!

Sionist rejim ordusu Həmasla razılığa gəlmək üçün mövqelərindən çəkilir