17 jurnalist İsrail casus şirkətindən şikayətçidir

Qafqaztimes xəbər verir ki, cümə günü fərqli ölkələrdən olan 17 jurnalist “Pegasus” casus proqramının istehsalçısı olan “NSO” şirkətindən Sərhədsiz Reportyorlar təşkilatına şikayət ediblər.

Russia Today -in internet saytına görə, bu jurnalistlər özlərini bu proqramın qurbanı hesab edirlər və NSO-ya qarşı şikayətlərində Sərhədsiz Reportyorlar təşkilatından hüquqlarını qorumalarını istəmişlər.

Bu jurnalistlər Azərbaycan, Meksika, Hindistan, İspaniya, Macarıstan, Mərakeş və Toqodandır. Onlar hökumətlərinin Pegasus casus proqramı ilə onlarla casusluq etdiyinə dair faktlara sahib olduqlarını söyləyirlər.

Russia Today bu yaxınlarda yazmışdır ki, bir qrup jurnalist və fəal qadın, onları təhdid etmək üçün cib telefonlarının və şəxsi şəkillərinin adı çəkilən proqram vasitəsilə oğurlandığını və sosial mediada paylaşıldığını söyləmişlər.

Related posts

Azərbaycan və İran generallarının görüşü baş tutub – FOTO

Smotriç Netanyahu və digər Gallantın istefasını tələb edir

ABŞ beynəlxalq məhkəməni hədələyir!