Həşdu Şabi Ərbəin piyada yolunun təhlükəsizliyi üçün əməliyyatlara başladı

Qafqaztimes xəbər verir ki, Əl-Əhd xəbər saytıınln məlumatına görə İraq Xalq Komitəsi təşkilatı (Həşdu Şabi), İmam Hüseyn (ə) zəvvarlarının yolunun təhlükəsizliyini təmin etmək üçün Babil əyalətinin şimalında yerləşən Cürf ən-Nəsr yolunda təhlükəsizlik tədbirlərinin başladığını elan edib.

Təşkilat şənbə günü verdiyi açıqlamada bildirib: “Həşdu Şabinin Əl-Cəzirə və Əl-Badiyə və Aşura alayının əməliyyat komandanlıqlarının birgə qüvvələri şənbə günü bu təhlükəsizlik tədbirlərini həyata keçirib.”

Açıqlamada qeyd olub ki, əməliyyatın ilk saatlarında, qeyd olunan yolun 32 kilometri təmizləndi və Hur Hüseyn və Əl-Xənafəşə bölgələrində İŞİD-in təchizatla dolu bir neçə sığınacağı aşkar edildi.

Related posts

Yəhudilər qaçır!

Qəzza…

Dünyanı kim qarışdırır?