1000 nəfərdən çox silahlı özünü Suriya ordusuna təslim edib

Qafqaztimes xəbər verir ki, Suriya ordusu ölkənin cənubunda, Dəranın qərbində yerləşən Təfs şəhərində mövqelərini möhkəmləndirməkdədir.

Sputnik xəbər agentliyi bildirib ki, Suriya ordusu qüvvələri bazar ertəsi Təfsdə geniş təhlükəsizlik əməliyyatlarına başlayıb.

Bir təhlükəsizlik mənbəsi 1350 silahlı şəxsin silahlarını Suriya ordusuna təhvil verdiyini və bu insanların sayının artacağını söyləyib.

Bir hərbi mənbə, Təfsin təmizlənməsi əməliyyatının çox dəqiqliklə aparıldığını və sakinlərin bu baxımdan ordu ilə əməkdaşlıq etdiklərini də söyləyib.

İndiyə qədər Suriya ordusu üç əsas oxda mövqelərini sabitləşdirdi: Əl-Bərid, Əl-İğrar Taburu və Milli xəstəxananın ətrafı. Bu üç nöqtə Təfsirin həssas nöqtələri hesab olunur.

Related posts

Qəzzada kütləvi məzarlıqlar…

Azərbaycan və İran generallarının görüşü baş tutub – FOTO

ABŞ beynəlxalq məhkəməni hədələyir!