Həmas: Sionist rejimin məhvi qətidir

Həmas siyasi bürosunun üzvü Kolumbiyanın sionist rejimlə diplomatik əlaqələrinin pozulması və dünya ictimaiyyətinin Qəzzə xalqını dəstəkləyən etiraz aksiyaları barədə deyib: Bütün bu hadisələr sionist rejimin qəti məhvinin nişanələridir.

İRNA-nın məlumatına əsasən, İzzət Əl Rişq bu gün (2 may) deyib: Kolumbuya prezidenti dünyanın gözü qarşısında soyqırımı baş verir və biz buna səssiz qalıb sionist rejimlə diplomatik əlaqələrimizi qəti şəkildə kəsməyi qərarı verdiklərini dedi.

Bu zəmində Türkiyə XİN başçısı Hakan Fidan da ölkəsinin Cənubi Afrikaya qoşularaq Haaqa məhkəməsində sionist rejimin soyqırımı dosyesinə dəstək verəcəyini elan etmişdi.

İzzət Əl Rişq daha sonra insan haqları iddiası ilə hegemoniya siyasətlərini davam etdirmək istəyən ölkələrin artıq iç üzünün açıldığını qeyd edərək deyib: Hətta bəzi ölkələr Fələstin xalqına azadlıq tələb edən öz vətəndaşlarına belə zor tətbiq edirlər. Bütün bunlar artıq işğalçı sionist rejimin sonu deməkdir.

Qeyd edək ki, dünən (1 may) Kolumbiya prezidenti Qustav Petro bu gündən sionist rejimlə bütün diplomatik əlaqələrini kəsəcəyini elan edib.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur