Usamə Həmdan: Rəfəhə hücum müzakirələrin dayandırılması deməkdir

Həmas liderlərindən biri Əl Minar telekanalı ilə müsahibədə Rəfəhə hücum olduğu təqdirdə sionist rejimlə bütün müzakirələrin dayandırılacağından xəbər verib.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Üsamə Həmdan Əl Minar telekanalı ilə geniş müsahibədə Qəzzə müharibəsi ilə əlaqədar bütün versiyaları əhatə edən məsələlərə aydınlıq gətirib və Həmasın qırmızı cizgisinin Rəfəhə hücum olunmaması olduğunu vurğulayaraq deyib ki, İsrail rejimi bu şəhərə hərbi hücumu başladarsa, biz də vasitəçilərlə olan bütün danışıqlara son qoyacaqlarını bildirib.

Xatırladaq ki, aprelin 30-da sionist televiziyası elan edib ki, artan beynəlxalq təzyiqlər və əsir mübadiləsi razılaşmasına nail olmaq cəhdi fonunda bu rejimin baş naziri Binyamin Netanyahu ikinci dəfə Rəfaha hücumu təxirə salıb. 

Digər tərəfdən, Yediot Aharonot qəzeti İsrail ordusunun Qəzza zolağı ilə bağlı qərarın 3 gün ərzində veriləcəyini təxmin etdiyini və rejimin ya əsirlərin mübadiləsində HƏMAS hərəkatı ilə razılaşacağını, ya da Rəfaha hücum edəcəyini yazmışdı.

Related posts

Qəzzəyə humanitar yardım maşınlarına hücum sionist rejimin nazirlər kabineti üzvlərinin koordinasiyası əsasında baş tutur

“İsrail Hizbullahla müharibəyə hazır deyil”

Netanyahu: Misirin Cənubi Afrika şikayətinə qoşulması təhlükəlidir