Sionist rejim Livanın cənubuna artilleriya hücumu edib

İnformasiya qaynaqları İsrail rejiminin Livanın cənub bölgələrinə qırıcı təyyarə və artilleriya hücumları etdiyindən xəbər verirlər.

Əl Aləm telekanalının Əl Minara istinadən verdiyi məlumatına əsasən, bu gün (2 may) səhər saatlarında sionist rejim hərbçiləri Livanın cənub bölgəsində yerləşən Kəfər Kəla qəsəbəsini top atəşinə tutublar.

Əl Aləm müxbirinin verdiyi xəbərə görə eyhi zamanda Şəəba qəsəbəsi ətrafı da 2 raket hücumuna məruz qalıb.

Sionist rejim ötən il 7 oktyabr Əl Əqsa Tufanı əməliyyatından sonra Qəzzə zolağına hücumlardan əlavə, Livanın cənub bölgələrində də əməliyyatlar keçirir. Əlbəttə Livan Hizbullahı da fələstinlilərə qarşı işğalçı soyqırımı və ölkəsinə olan hücumları əldə əsas tutaraq bu hücumları lazımınca cavablandırır.

Related posts

Qəzzəyə humanitar yardım maşınlarına hücum sionist rejimin nazirlər kabineti üzvlərinin koordinasiyası əsasında baş tutur

“İsrail Hizbullahla müharibəyə hazır deyil”

Netanyahu: Misirin Cənubi Afrika şikayətinə qoşulması təhlükəlidir