Göyərçinləri zombiyə çevirən xəstəlik aşkarlanıb – FOTO/VİDEO

La-Manş sahilindəki Cersi adasında (Böyük Britaniya) göyərçinləri zombilərə çevirən xəstəlik aşkarlanıb.

Bu barədə adada heyvanlar üçün sığınacağın nümayəndəsi xəbər verib.

Onun sözlərinə görə, quşlar paramiksovirusdan təsirlənir. Bu infeksiya göyərçinlər üçün təhlükəlidir, lakin digər növlərin nümayəndələrinə ötürülmür.

Xəstəliyin təzahürlərindən biri nevrolojidir: yoluxmuş quşlarda boyun güclü şəkildə çevrilir, qanadlarda titrəmə və koordinasiya ilə bağlı problemlər görünə bilər. Zəiflik, arıqlıq və yaşıl nəcis də müşahidə olunur.

Sığınacaq əməkdaşı əlavə edib ki, virus sağalmaz olduğu və tez yayıldığı üçün bütün xəstə göyərçinlər evtanizasiya edilib. “Bird Exotics” baytarlıq xidmətinin nümayəndələri bu açıqlama ilə razılaşmırlar.

“Virus müalicə olunmur, amma baytarın qayğısı onun şiddətini azalda və ya sağ qalma şansını artıra bilər”, – deyə onlar bildiriblər.

Böyük Britaniya hökumət portalı göyərçinləri virusa qarşı peyvənd etməyi, həmçinin infeksiyanın yayılmasının qarşısını almaq üçün quşların xəstə şəxslərlə təmasda olmamasını tövsiyə edir.

Related posts

Relsdən çıxan yük qatarı alovlara büründü – FOTO/VİDEO

Arvadı ilə ayrılmasına səbəb olan şəxsi hər kəsin gözü qarşısında güllələdi – VİDEO

Türkiyəli fermer ayıya məktub yazdı: “Ayı qardaş, açar ayaqaltının altındadır” – FOTO