Azyaşlını oğurluğa təhrik edən şəxs saxlanıldı (Video izlə)

Qubada azyaşlını oğurluq etməyə təhrik edən şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupu məlumat yayıb.

Bildirilib ki, bir nəfər Quba Rayon Polis Şöbəsinə (RPŞ) ərizə ilə müraciət edərək ona məxsus evdən oğurluq olması barədə məlumat verib.

Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, zərərçəkmişə məxsus evdən 4400 manat pulun oğurlandığı müəyyən edilib.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakini Aslan Xudaverdiyev saxlanılıb. 

Araşdırmalar zamanı məlum olub ki, A.Xudaverdiyev törətdiyi cinayət əməlinə azyaşlı qonşusu Məmmədi də (ad şərti) müəyyən vədlər verməklə cəlb edib.

Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə Aslan Xudaverdiyevin barəsində həbs qətimkan tədbiri seçilib.

Related posts

Hövsanda dəhşətli qəza: İki “Mercedes-Benz” toqquşdu – VİDEO

Xırdalanda sahibsiz itlər qadına hücum edib yerə yıxdılar – ANBAAN VİDEO

Bakının mərkəzində MƏSULİYYƏTSİZLİK: Çox sayda maşının təkəri sıradan çıxdı – VİDEO