Gecə-gündüz işləyən “MOYKALAR”: Narazı sakinlər şikayətini kimə bildirməlidir? – AÇIQLAMA

İnsanların sıx yaşadığı ərazilərdə onlara vacib olan obyektlərin olması mühim məsələdir. Lakin evində rahat dincəlmək istəyən, körpəsi, yaşlısı, xəstəsi olan insanlar urbanzasiya problemlərinin qurbanı olurlar. Sözügedən əraziləri ən yaxşı obyekt, biznes yeri görən sahibkarlar da sui-istifadə edərək qaydaları pozmaqdan çəkinmirlər. Elə el deyimi ilə desək, “moyka” yəni avto yuma məntəqələrinin sahibləri kimi.
Bir çox vətəndaş yaşadığı evə yaxında olan bu məntəqələrin onlara narahatlıq yaratdığını bildirirlər. 

Bəzi yaşayış binalarının yaxınlığında AVTO YUMA məntəqələri quraşdırırlar. Əksəriyyətiniz bilirsiniz ki, bu moykalar gecə-gündüz işləyir. Şikayət edərək, gecə 12-dən səhər saat 5-6 a qədər fəaliyyətini dayandırmışdılar. O da azmış kimi gətirib tozsoran da qoyurlar. Sakinlər evdə səsdən otura bilmir. Üstəlik maşınını yuyan şəxslər binanın qarşısında mahnılara səs verərək, maşın silirlər.
Hüquqşünas Əsabəli Mustafayev qeyd edir ki, sakinlər şikayətlərini bildirməkdə rahatdırlar və bu qaydalar qanunvericiliklə də təsbit olunub:

“Qanunvericiliklə təsbit olunub ki, yaşayış məntəqələrinə yaxın ərazilərdə fəaliyyət göstərən obyektlər müəyyən qaydalara riayət etməlidir. Həmin müəssisələr ətraf mühiti çirkləndirməməli və sakinlərin yaşayışına maneə yaratmamalıdır.
Əks təqdirdə, vətəndaş Fövqəladə Hallar Nazirliyinə müraciət etməlidir. Bu zaman qurum tərəfindən obyektlərdə yaradılan səs-küy, narahatlıqla bağlı yoxlanışlar aparılmalıdır. Qanun pozuntusu aşkarlanarsa, barələrində inzibati xətalar törətməkləri ilə bağlı protokol tərtib edilə bilər. Əgər sakinlərin narazılığı çirkləndirmə ilə bağlıdırsa, bu zaman rayon icra hakimiyyətinə müraciət etməlidirlər”, – deyə Ə.Mustafayev bildirib.

Related posts

Bakıda sürücüdən inanılmaz manevr: Araşdırmalara başlanıldı – ANBAAN VİDEO

Sürətlə gəldi, üç avtomobili əzib ağaca çırpıldı – ANBAAN VİDEO

Azərbaycan nümayəndələri Britaniya kralına bahalı hədiyyələr verib – FOTO/VİDEO

1 şərh

Alaya Fevral 18, 2024 - 5:20 səhər

Do you have a spam problem on this website; I also am a blogger, and I was curious about your situation; many of us have developed some
nice practices and we are looking to exchange methods with
others, be sure to shoot me an e-mail if interested.

Add Comment