Azərbaycanda körpüdə qəsdən təhlükəli vəziyyət yaradılır (Video izlə)

İsmayıllı rayonunda çay üzərindəki asma körpüdə qəsdən təhlükəli vəziyyət yaradılır.

Bu barədə redaksiyasına vətəndaşlardan biri bildirib. 

Bildirilib ki, körpünün üzərindən beş nəfərdən artıq şəxsin keçməsinə icazə verilməsə də, oradakı işçilər buna məhəl qoymur:

“Nəzarətçilər körpünün üzərindən keçmək üçün 20 nəfərdən artıq adama icazə verirlər. Amma körpünün girişində xəbərdarlıq lövhəsində yazılıb ki, beş nəfərdən artıq şəxsin daxil olması qəti qadağandır. Mən nəzarətçiyə narazılıq bildirəndə isə az qaldı ki, mənə hücum çəksin”.

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov açıqlamasında bildirib ki, artıq məsələ nəzarətə götürülüb: “Ərazidəki nəzarətçilərə də, bu cür hallara yol verməməsi barədə tapşırıq verilib”. 

Related posts

Mingəçevirdə qorxulu hadisə: Bıçaqla camaatın üstünə cuman şəxs kimdir? – VİDEO

Kriminal “Cümü”yə 18 il həbs verildi – FOTO

Azərbaycanda dəhşətli hadisə: Meyiti yük maşınına qoydular – FOTO/VİDEO