Gənc qaradərilinin ABŞ polisi tərəfindən güllələnməsi + Video

QafqazTimes xəbər verir ki, ABŞ hüquq mühafizə orqanları, Ohayo ştatının Akron şəhər polisinin bazar ertəsi səhər tezdən sürücülük qaydalarını pozduğuna görə təqib edilən qaradərili şəxsi güllələdiyini göstərən kamera görüntülərini yayımlayıb.

25 yaşlı Ceyland Vokerin polis tərəfindən öldürülməsi Akronda polis zorakılığı ilə bağlı etirazlara səbəb olub. Polis rəsmiləri mətbuat konfransında bildirib ki, kamera görüntülərinə əsasən məmur avtomobili idarə edən Vokerin avtomobilini saxlamağa çalışarkən o, əvvəlcə sürətini azaldıb, sonra isə avtomobildən düşərək piyada qaçmağa çalışıb.

Polisin bildirdiyinə görə, o, avtomobilindən düşəndən sonra polislər Vokerin üstünə hücum çəkməyə çalışıblar, lakin o, qaçmağa davam edərkən atəş açmağa başlayıblar.

“Hill” xəbər saytının məlumatına görə, Valker ailəsinin vəkili polisin 25 yaşlı gəncə ən azı 60 dəfə atəş açdığını təxmin etmişdi. Akron polis rəisi Steve Millett isə görüntüləri “narahatedici” adlandırıb, lakin bildirib ki, hələlik atışmaların dəqiq sayı müəyyən edilməyib.

O, həmçinin deyib: “Lakin mən bu videoya əsaslanaraq bu rəqəmin yüksək olacağını proqnozlaşdırıram. Çoxlu atəş açıldı və istintaqın sonundakı rəqəm mediada dərc olunan rəqəmlə üst-üstə düşsə, təəccüblənmərəm.”

Related posts

Qəzzada kütləvi məzarlıqlar…

Azərbaycan və İran generallarının görüşü baş tutub – FOTO

Bayden: Universitet antisemitizm məkanı deyil