Amerikada Müstəqillik Günü paradında atışma; 6 nəfər ölüb, 24 nəfər yaralanıb

QafqazTimes xəbər verir ki, bazar ertəsi gecə xəbər mənbələri Amerikanın Çikaqo şəhərində bu ölkənin Müstəqillik Günü münasibətilə keçirilən parad zamanı atışma olduğunu bildiriblər.

“Daily Mail” qəzetinin məlumatına görə, bu atışmadan sonra “Chicago Park Highland” ətrafında 4 iyul paradı dayandırılıb. Bəzi məlumatlara görə, atışma zamanı orada olan insanlar küçələri sürətlə tərk edirlər.

“Chicago Sun-Times” qəzeti də bazar ertəsi yerli vaxtla səhər saat 10-da bir neçə nəfərin güllələndiyini və yaralandığını bildirib. “Highland Park” polisi ərazidə yalnız “bir insident” olduğunu iddia edərək atışmanı təkzib edib.

Bu Amerika qəzeti yazıb ki, bir neçə şahid bir sıra atəş səsləri eşitdiklərini söyləyiblər. Şahidlərdən biri 20-dən çox güllə səsi eşitdiyini iddia edib.

Son xəbərlərə görə, bu hadisə nəticəsində 6 nəfər ölüb, 24 nəfər isə yaralanıb. Polis və təhlükəsizlik qüvvələri şübhəli şəxslərin axtarışındadırlar.

Related posts

Misir: Həmas-İsrail müzakirəsi ilk gündə nəticə vermədi

İran: Müsəlman ölkələrinin Qəzzə müharibəsindəki mövqeyi tarixə yazılır

Qəzzada kütləvi məzarlıqlar…