Fransa prezidentliyinə namizəd: Hicabı və məscid tikilməsini qadağan edəcəm!

QafqazTimes xəbər verir ki, Fransa prezident seçkilərinin ifrat sağçı namizədi Erik Zemur Yelisey Sarayına gələcəyi təqdirdə İslam dini ilə bağlı proqramını açıqlayıb.

“Əl-Cəzirə” telekanalının məlumatına görə, Zemurun şəxsi “Twitter” hesabında yerləşdirdiyi bu proqrama ictimai mühitdə hicab da daxil olmaqla, İslam simvollarını ehtiva edən bütün geyimlərin geyinilməsi ilə yanaşı minarələrin və məscidlərin tikintisinə qadağa da daxildir.

Bu qadağalar bununla bitmir və onun tətbiq edəcəyinə söz verdiyi bu proqram “Müsəlman Qardaşları” kimi islami hərəkatların fəaliyyətinə də şamildir.

Zemur daha əvvəl “France 2” telekanalına müsahibəsində demişdi ki, prezident olarsa, müsəlman uşaqlar üçün “Məhəmməd” adının istifadəsini qadağan edəcək və müsəlman uşaqlara ad verilməsi üçün yeni qanunlar qəbul edəcəkdir.

Tvitter istifadəçiləri qeyd olunan bu proqrama reaksiya olaraq bildiriblər ki, Zemur artıq ona Fransada müsəlmanlara qarşı etnik müharibə aparmağa və onların yerindən-yurdundan didərgin salınmasına və qovulmasına imkan verən təhlükəli mərhələyə qədəm qoyub.

Erik Zemur Fransada ifrat sağçı cərəyana liderlik uğrunda 53 yaşlı Marin Le Penlə rəqabət aparır və bəzi ictimai sorğular onun prezident seçkilərində Emmanuel Makronun ilk rəqibi olduğunu göstərir.

Related posts

Azərbaycan və İran generallarının görüşü baş tutub – FOTO

Bayden: Universitet antisemitizm məkanı deyil

İraq üçüncü dəfə sionist rejimin bir mövqeyini hədəfə aldı