Əli Əlizadə: Müdafiə nazirinin Tehrana səfəri səmimi və dostcasına həyata keçdi

QafqazTimes xəbər verir ki, Azərbaycan Respublikasının Tehrandakı səfiri Əli Əlizadə “Twitter” hesabında müdafiə nazirinin İrana səfəri haqqında yazaraq bu səfəri səmimi və dostcasına xarakterizə edib.

O, belə əlavə edib: “Bu görüşlərdə aparılan dialoqlar və qəbul edilən qərarlar iki dost ölkə arasında ikitərəfli hərbi-texniki əlaqələri mütləq gücləndirəcəkdir.”

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi çərşənbə axşamı bildirib ki, General Zakir Həsənovun başçılıq etdiyi nümayəndə heyəti İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqirinin dəvəti ilə Tehrana səfər edib.

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi əlavə edib ki, səfər çərçivəsində general Həsənovun İranın bəzi yüksək rütbəli rəsmiləri ilə görüşü və bir sıra tədbirlərdə iştirakı həyata keçirilib.

Azərbaycan Respublikasının müdafiə naziri çərşənbə axşamı İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahında Məhəmməd Baqiri ilə görüşüb. İran Silahlı Qüvvələrin Baş Qərargah rəisi Azərbaycan Respublikasının müdafiə naziri ilə görüşdə deyib: “Ümid edirəm ki, sizin İrana səfəriniz iki ölkə arasında əlaqələrin, xüsusilə də müdafiə və hərbi-texniki sahələrdə əlaqələrin inkişafı və möhkəmləndirilməsi üçün yaxşı fürsət olacaqdır.”

Azərbaycan mətbuatı bu yaxınlarda Bakı və Tehranın hərbi əməkdaşlığı dərinləşdirmək üçün səyləri barədə məlumat yayıb. Bundan əlavə “Azərtac” xəbər agentliyinin şənbə günü verdiyi məlumata görə, Azərbaycan Respublikasının İrandakı səfiri Əli Əlizadə İran Silahlı Qüvvələrinin müdafiə naziri briqada generalı Məhəmməd Rza Aştiani ilə görüşüb. Bu görüşdə hər iki yüksək vəzifəli şəxs iki qonşu və dost ölkə olan Azərbaycan Respublikası ilə İran arasında bütün sahələrdə əməkdaşlığın davam etdirilməsinin zəruriliyini vurğulayıblar.

Related posts

Bakıda avtomobil əvvəl digər maşına, sonra isə işıqfora çırpıldı – ANBAAN VİDEO

Yəhudilər qaçır!

Xırdalanda həyəcanlı anlar: Qadın özünü binadan atdı – VİDEO