Fələstinlilər şəhid verməklə müqavimətə davam edirlər

Sionist rejim hərbçiləri İordan çayının qərb sahili şimalındakı bir basqında daha 3 fələstinli gənci şəhid ediblər.

Fars Xəbər Agentliyinin verdiyi məlumata görə dünən səhər (13 yanvar) İordan çayı qərb sahilinin şimal bölgəsində yerləşən Cüneyndə üç gənci odlu silahla güllələyərək şəhid ediblər.

“Ərəb 48” internet portalının verdiyi məlumata görə İzzəddin Həmamərə və Əmcəd Xəliliyyə Cəbə adlı məntəənin girişində, Yəzn Sammir Əl-Cəbri isə başqa bir məkanda şəhid olub.

Fələstini rəsmi Vəfa xəbər agentliyinə ötəbər qaynaqlardan verilən informsiyaya görə sionist rejim Tərsələ qəsəbəsi girişində post-patrul məntəqəsi yaradaraq gediş-gəlişi nəzarət edirlər. Bəzi gənclər bu məsələyə görə etiraz zamanı güllə, bibər qazı və səs bombası ilə qarşılaşıblar.

Bu qaynaqlar həmçinin deyib: Sionist rejim bir avtomobilə atəş açaraq 2 gənci şəhid edib və bir nəfəri də yaralayıb.

Xatırladaq ki, 2023-cü ilin başlamasından 14 gn keçməsinə baxmayaraq, sionist rejimin fələstinlilərə qarşı təcavzkarlığında 12 nəfər şəhid olub.

Related posts

Sionist rejim ABŞ-ın yeni hərbi yardımından narahatdır

Əbu Übeydə: Biz düşmənlə çox uzun sürən müharibəyə belə hazırıq

Qəzzəyə humanitar yardım maşınlarına hücum sionist rejimin nazirlər kabineti üzvlərinin koordinasiyası əsasında baş tutur