Fələstinlilər bayraq qadağasına etiraz edir

Qüds sakinləri ilə birlikdə solçu yəhudlərdən bir qrupu sionist rejimin yeni milli təhlükəsizlik naziri Ben-Qvinin Fələstin bayraqlarının ümumi məkanlardan toplanılma fərmanına etiraz aksiyası keçiriblər.

Fars Xəbər Agentliyinin verdiyi məlumata görə İtamar Ben-Qvinin ekstremist xarakterli qərəzli bayraq qadağası geniş etirazlara səbəb olub. Belə ki, bu etiraza bəzi yəhudilər də qatılaraq şüarlar səsləndiriblər.

Əl-Hurriyyə Lil-Quds adlı solçu yəhudi qruplaşması aksiya zamanı bir twitdə yazıb: Həmişəki kimi əllərimizi yuxarı qaldırmağa gəlmişik.

Xatırladaq ki, ötən həftənin bazar günü sionist rejimin yeni milli təhlükəsizlik naziri nazir Ben-Qvirin fərmanı əsasında işğal olunmuş torpaqlarıda ümumi məkanlarda Fələstin bayraqlarının toplanması əmrini verib. Ötən il 29 dekabrda Netanyahunun yeni nazirlər kabineti öz fəaliyyətinə başlayandan sonra İtamar Ben-Qvin  işğal olunmuş Fələstin torpaqlarında ciddi gərginliklərə səbəb olub.

Related posts

Smotriç Netanyahu və digər Gallantın istefasını tələb edir

Sionist rejim Livanın cənubuna artilleriya hücumu edib

Həmas: Sionist rejimin məhvi qətidir