Fələstinli mübarizlər sionistlərə zərbə endirir

İnformasiya qaynaqları İordan çayının qərb sahilində son 24 saat ərzində fələstinlilərin sionist rejim hərbçilərinə qarşı müxtəlif əməliyyatlar keçirdiklərindən xəbər verirlər.

Əl-Aləm telekanalının Fələstin qaynaqlarına istinadən verdiyi xəbərə görə son 1 sutkada fələstinlilər İordan çayının qərb sahilində 20 əməliyyat keçiriblər.

Məlumatda  odlu silahdan istifadə, qumbara, molotov kokteyli, hərbi avtomobillərə hücum, daş atma və bu kimi faktlar qeydə alınıb.

İşğal olunmuş Qüdsün Səlvan və Nablosun Həvvarə qəsəbələrində qeydə alınan qarşıdurma daha şiddətli olub.

Buna bənzər faktlar da Qəlqəliyyə ərazisindəki Cəmlə post-patrul xidməti yaxınlığında da sionist rejim hərbçilərinə atəş açılıb.

Fələstinli mübarizlər Cüneynin Yəbəd qəsəbəsindəki atışmada da sionistlərin bir hərbi avtomobilində xəsarət vurublar.

Həmçinin Əl-Xəlil məntəqəsinin müxtəlif yerlərində sionistlər daş və molotov kokteyli ilə hücuma məruz qalıblar.

Related posts

Smotriç Netanyahu və digər Gallantın istefasını tələb edir

Sionist rejim Livanın cənubuna artilleriya hücumu edib

Həmas: Sionist rejimin məhvi qətidir