“Cane Fəda” ölməz generalı canlandıran incəsənət əsəridir

İnqilab Keşikçiləri Korpusu (İİKK) “Qüds” qüvvələrinin komandanı İsmayıl Qaani dünən “Cane Fəda” adlı küçə teatrına tamaşa edib.

Fars İnformasiya Agentliyinin verdiyi məlumata əsasən İsmayıl Qaani dünən axşam Tehranın “Vilayət” parkında Həsən Bəzranın rejisorluğu və Əli İsmayilinin prodüserliyi ilə hazırlanmış “Cane Fəda” adlı tamaşaya baxış keçirib.

“Cane Fəda” adlı tamaşası şəhid general Qasim Süleymaniyə həsr olunub və hər gecə “Vilayət” parkında nümayiş etdirilir və hər gün 3 min bilet satılır.

Tanınmış şair və incəsənət xadimi Sabir Xorasani “Cane Fəda” tamaşasını yüksək dəyərləndirərək deyib: Bu tamaşa həm ssenarisi və həm də quruluş baxımından qəlblərin generalı olan əsil qəhrəmanı necə tanıtmağı, tamaşaçıların qəlbində yer almış şəhid Qasim Süleymaninin səciyyələrini tam mənasında canlandırdığı üçün bir incəsənət əsəridir.

Related posts

Yəhudilər qaçır!

Qəzza…

Dünyanı kim qarışdırır?