Fələstin qrupları: Hersoqun səfəri Ankara-Təl-Əviv münasibətlərinin reallığını ortaya qoydu

QafqazTimes xəbər verir ki, İsrail prezidenti İshaq Hersoq Ankara ilə Təl-Əviv arasında on üç illik açıq-aşkar əlaqələrin kəsilməsindən sonra çərşənbə günü Türkiyəyə səfər edib. Bu səfər Fələstin qrupları tərəfindən birmənalı qarşılanmayıb.

“Əl-Qüds əl-Ərəbi” qəzetinin məlumatına görə “Fələstin Alimlər Heyəti” bu səfərə reaksiya olaraq deyib: “Fələstinə və onun xalqına dəstəyin ən mühüm təzahürlərindən biri sionist rejimlə hər hansı qarşılıqlı əlaqəni kənara qoyub, buna son qoymağa çalışmaqdır, onu gücləndirmək yox.”

Təşkilat Türkiyəyə müraciət edərək həmçinin xəbərdarlıq edib ki, sionist rejimlə münasibətlərin normallaşması müsəlman ümməti üçün və o cümlədən Türkiyə üçün də təhlükəlidir.

Fələstin Azadlığı uğrunda Xalq Cəbhəsi də vurğulayıb ki, Hersoqun Türkiyəyə səfəri Ankara ilə Təl-Əviv arasında “ikitərəfli münasibətlərin reallığını” ortaya qoydu və onun təhlükəsizlik, iqtisadi və siyasi tərəflərinin dayanmadığını göstərdi.”

Bu hərəkat türk millətinin Fələstin xalqına və milli haqlarına dəstək mövqeyini təqdir etməklə yanaşı, türk millətinin Türkiyənin rəsmi siyasətinə heç vaxt aldanmayacağını qeyd edib. Bu cəbhə bütün türk millətçi qruplarını rejimin “Sionist rejimlə münasibətləri normallaşdırmaq və əlaqələri genişləndirmək” siyasətinə qarşı çıxmağa çağırıb.

Related posts

Pezeşkian Azərbaycan xalqına başsağlığı verdi

Qərbin “qadın azadlığı” şüarı səmimi deyil

İsrail generalı: İsrail ordusu Qəzzəyə nəzarət edə bilmir/Həmas yeni 3000 gənc döyüşçü cəlb edib