Yəmənin Səudiyyə Ərəbistanına qarşı geniş PUA əməliyyatı

QafqazTimes xəbər verir ki, Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yəhya Səri bildirib ki, işğalçı Səudiyyə koalisiyasının hücumlarının artması və Yəmənə neft məhsullarının idxalının qarşısının alınmasına cavab olaraq mühasirəni yarmaq üçün ilk əməliyyat həyata keçirilib.

Əl-Məsirə xəbər telekanalının Səriyə istinadən verdiyi xəbərə görə, mühasirəni yarmaq üçün olan ilk əməliyyat üç Səmad-3 PUA-ı da daxil olmaqla doqquz PUA vasitəsilə həyata keçirilib və bu əməliyyatda Ər-Riyaddakı “Aramco” neft şirkəti hədəf alınıb.

O, Cizan və Abha bölgələrindəki “Aramco” strukturlarına və digər həssas mərkəzlərə hücumun altı Səmad-1 PUA-ı vasitəsilə həyata keçirildiyini bildirib.

Yəmən komandiri bunun Səudiyyə Ərəbistanının zülmkar mühasirəsinə qanuni cavab olduğunu vurğulayaraq qeyd edib ki, Yəmən silahlı qüvvələri neft məhsullarının ölkəyə girişinin qadağan edilməsinə cavab vermək üçün ən son hərbi hazırlıqlara malikdir.

Related posts

ABŞ-ın əsil siması

İsraillə dostluq baha başa gəlir

ABŞ- Narkomanların idarə etdiyi dövlət: Kapitoli binasında kokain tapıldı – FOTO