“Dəmir günbəzə” baxmayaraq sionist yaşayış məntəqələrinə 36 raket atılıb

Qafqaztimes xəbər verir ki, sionist mənbələr müqavimət qüvvələrinin Qəzza ətrafındakı sionist yaşayış məntəqələrinə qarşı irimiqyaslı raket hücumları həyata keçirdiklərini bildirmişlər.

Qüdsdə və Məscidül-Əqsa məscidi ətrafında fələstinlilərə qarşı baş verən polis zorakılığından sonra Qəzza zolağında yerləşən Müqavimət Qrupları Birliyi bir bəyanatda “Qüds və Məscidül-Əqsa qırmızı xəttimiz və müqavimət son sözümüzdür” deyə elan etmişdir. Bəyanatın yayımlanmasından təxminən 40 dəqiqə sonra xəbər mənbələri Qəzza zolağı ətrafındakı sionist yaşayış məntəqələrində həyacan siqnallarının səsləndiyini bildirmişlər.

Qəzza zolağında yerləşən müqavimət qruplarının raket hücumu xəbərinin ardından KİV-ləri sionist rejimin Qəzza zolağında yalnız məhdud əraziləri hədəfə aldığını xəbər vermişlər. Bununla yanaşı, “Şəhab” ​​xəbər agentliyin məlumatına görə İsrail ordusunun sözcüsü Qəzza zolağı ətrafındakı sionist yaşayış məntəqələrinə atılan 36 raketdən yalnız altısının zərərsizləşdirildiyini söyləmişdir.

Related posts

Qəzzada kütləvi məzarlıqlar…

Azərbaycan və İran generallarının görüşü baş tutub – FOTO

Smotriç Netanyahu və digər Gallantın istefasını tələb edir