ABŞ-ın Kaliforniyadakı etirazları F-15 döyüş təyyarələri ilə yatırmaq niyyəti ifşa olundu

Qafqaztimes xəbər verir ki, şənbə günü bir ABŞ qəzeti bəzi hərbi mənbələrə istinadən, F-15 qırıcı təyyarələrinin Kaliforniyadakı koronavirus məhdudiyyətlərindən qaynaqlanan iğtişaş dalğası ilə mübarizə aparmaq üçün hazır vəziyyətdə olduğunu bildirmişlər.

“Los Angeles Times” qəzetinin yazdığına görə, Kaliforniya Milli Qvardiyasının dörd üzvü F-15C qırıcılarının artıq daxili missiyalar üçün hazır vəziyyətdə olduğunu söyləmişlər. Bu mənbələrə görə, bu qırıcılar aşağı hündürlüklərdə uçaraq əhalini qorxutmaq və dağıtmaq üçün istifadə olunacaqdır.

Bu mənbələr F-15 qırıcısının Fresno şəhərində, etirazçıları qorxutmaq üçün yerləşdirilməsinin ABŞ mülki şəxslərinə qarşı ordunun qanunsuz istifadəsi olduğunu söyləmişlər. Bu hərbiçilərdən biri söyləmişdir: “Bu, ordunu rüsvay edəcək tamamilə qanunsuz bir əmrdir. Bu xəbərin yayılması bəzi Amerikalı millət vəkillərinin də narahatlığına səbəb olmuşdur.”

Related posts

Yəhudilər qaçır!

Qəzza…

Dünyanı kim qarışdırır?