Britaniyanın Ukraynadakı “təhlükəli” hərbi missiyalarda iştirakının ifşası

QafqazTimes xəbər verir ki, Qərbin Rusiyaya qarşı Ukraynaya hərtərəfli dəstəyinin davam etdiyi bir vaxtda ilk dəfə olaraq bu müharibədə Britaniyanın birbaşa hərbi iştirakı üzə çıxıb.

Böyük Britaniyadakı media mənbələri bildirib ki, Britaniya ordusunun generalı Britaniya dəniz piyadalarının Ukrayna daxilində bir sıra “yüksək riskli” missiyalarda iştirak etdiyini açıqlayıb.

“Daily Mail” qəzetinin yazdığına görə, Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəis müavini və Britaniya Kral Dəniz Qüvvələrinin keçmiş rəhbəri Robert Maqovan Britaniya dəniz piyadalarının Ukraynada bir sıra “yüksək riskli” hərbi missiyalarda iştirak etdiyini etiraf edib.

Bu britaniyalı general-leytenantın sözlərinə görə, bu ölkənin hərbçiləri Ukrayna daxilində “gizli əməliyyatlarda” və “çox həssas mühitdə” öz vəzifə borcunu yerinə yetiriblər.

Daily Mail-in məlumatına görə, Böyük Britaniyanın Müdafiə Nazirliyi bu il (2022-ci il) məlumat verib ki, Kiyevdəki London səfirliyinin təhlükəsizliyini təmin etmək və Britaniyanın Ukraynadakı diplomatik mövcudluğunu qorumaq üçün bu ölkənin az sayda hərbi qulluqçusu Ukraynada yerləşdirilib.

Bu ingilis mediası belə davam edib: “Ancaq general-leytenant Maqovanın bu etirafı ilk dəfədir ki, rəsmi şəkildə Britaniya dəniz piyadalarının Ukraynada yerləşdirildiyini təsdiqləyir.”

Dəniz Piyadaları Korpusunun rəsmi jurnalı olan “Globe and Laurel” tərəfindən dərc edilən bu açıqlamada Robert Maqovan həmçinin qeyd edib: “Bu ilin yanvar ayında Komando 45 qrupunun üzvləri Kiyevdəki Britaniya səfirliyini Polşaya təxliyə etmək üçün Norveçin şimalında qış gecəsinin qaranlığında qısa müddətə çağırıldı.”

Ordunun Baş Qərargah rəisinin müavini və Britaniya Kral Dəniz Qüvvələrinin keçmiş rəhbəri əlavə edib: “Sonra aprel ayında onlar diplomatik missiyanı bərpa etmək və mühüm personalı qorumaq üçün bu ölkəyə (Ukrayna) qayıtdılar. Bu mərhələlərin hər ikisində komandolar yüksək səviyyəli siyasi və hərbi riskə malik yüksək həssas mühitdə digər gizli əməliyyatlara da dəstək verdilər.”

Related posts

Qəzzada kütləvi məzarlıqlar…

Azərbaycan və İran generallarının görüşü baş tutub – FOTO

Bayden: Universitet antisemitizm məkanı deyil