Braziliya Futbol Konfederasiyasını pişiyə görə məhkəməyə verdilər (Video izlə)

Braziliya Futbol Konfederasiyası 2022-ci il dünya çempionatında pişiklə kobud rəftara görə məhkəməyə verilib.

Xatırladaq ki, hücumçu Vinisius Junior mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən onun masası üzərinə pişik çıxaraq oturub. Komandanın mətbuat xidmətinin əməkdaşı Vinisius Rodriges heyvanın boynundan və kürəyindən tutaraq yerə atıb.

Braziliyanın bir qrup qeyri-hökumət təşkilatı ölkənin Heyvanların Rifahı və Müdafiəsi üzrə Milli Forumuyla birlikdə Braziliya Futbol Konfederasiyasına (CFB) qarşı bir milyon real (200 min dollar) cərimə tələbilə məhkəmə iddiası qaldırıb.

Onlar həmçinin Federasiyanın ictimaiyyətdən üzr istəməsini və onun işçilərinə ətraf mühitin mühafizəsi, eləcə də heyvanlara qulluq mövzusunda təlim keçmələrini tələb ediblər.

Related posts

“Google” rəsmi proqramlarla bağlı yenilik etdi

Qonşu ölkədə 2000 il yaşı olan insan qalıqları tapılıb – VİDEO

Çin ikinəfərlik uçan avtomobilin satış tarixini açıqladı – VİDEO