BMT müfəttişi: ABŞ rəsmiləri Qaşıqçıya qarşı sui-qəsddən xəbərdar olub

Qafqaztimes xəbər verir ki, “The Independent” qəzetinin yazdığına görə, Birləşmiş Millətlər Təşkilatının keçmiş xüsusi məruzəçisi Agnes Kalamard ABŞ hökumətinin səudiyyəli tənqidçi jurnalist Camal Qaşıqçıya qarşı sui -qəsd planı barədə məlumatı olmasını bildirib.

Birləşmiş Millətlər Təşkilatının keçmiş müfəttişi qeyd edib ki, ABŞ Camal Qaşıqçınin qətli ilə bağlı dəqiq məlumat verməməklə özünü Səudiyyə rəsmilərinin cəzasında ortaq hesab etməlidir. ABŞ kəşfiyyat məmurlarının Qaşıqçının qətlinin təfərrüatlarını əvvəlcədən bildiyini göstərən dəqiq məlumatlar vardır.

Kalamard bu həmçinin deyib: “Bu tənqidçı jurnalistin öldürülməsi ilə bağlı məlumatı olan və ya cinayətin təfərrüatlarını bilən, lakin onu dərc etməməkdə israr edən hər hansı bir hökumət özünü bu işdə Səudiyyə hakimiyyətinin cinayət ortağı və əlbir hesab etməlidir.”

Təxminən altı aydır ki, Camal Qaşıqçıya qarşı törədilən bu cinayəti araşdıran Kalamard, İlk növbədə Səudiyyə hökuməti bu qətldə məsuliyyət daşıyır və buna görə cavabdeh olmalıdır, deyib.

Related posts

ABŞ beynəlxalq məhkəməni hədələyir!

Yəhudilər qaçır!

Qəzza…