Bayden: Rusiya ilə işimiz böyük ehtimalla müharibə ilə nəticələnə bilər

Qafqaztimes xəbər verir ki, France 24 telekanalına görə, ABŞ prezidenti rusiyalı həmkarını yalan məlumatlar yayaraq 2022 -ci il Konqres seçkilərini pozmağa çalışmaqda günahlandırıb.

Bayden çərşənbə axşamı brifinqlərində aldığı məlumatlara istinadən deyib: “Rusiyanın 2022 -ci il seçkilərində dezinformasiya ilə nələr etdiyinə baxın. Bu, suverenliyimizin qəti pozulmasıdır.”

O, Vladimir Putini şiddətli şəkildə qınayaraq deyib: “O, nüvə silahı olan və başqa heç nəyə malik olmayan bir iqtisadiyyatın sükanı arxasındadır. Həqiqətən də o, problem yaşadığını bilir, mənim fikrimcə bu, vəziyyəti daha da təhlükəli edəcək.”

ABŞ prezidenti həmçinin kiber hücumların artmasından narahatlığını ifadə edərək hazırda düçar olduğumuz kiber müharibənin əsl bir müharibə olduğunu söyləmişdir.

Bayden, Rusiya ilə müharibə ehtimalına da üstüörtülü işarə edərək deyib: “Nəhayət əgər böyük bir qüdrətlə müharibə, əsl bir müharibə etməli olsaq, bu, şübhəsiz ki, kiber pozuntusuna gətirib çıxaracaqdır.”

Related posts

Rusiya Qəzzədəki kütləvi məzarlıqlar barədə araşdırma tələb edir

Kolumbiya prezidenti: Mayın 2-də İsraillə diplomatik əlaqələri kəsəcəyik

İraq müqaviməti işğal olunmuş Cövlan yüksəkliklərinə hücum etdi