BMT Baş Assambleyasının sionist təcavüzünə qarşı qətnaməsi

Qafqaztimes xəbər verir ki, BMT Baş Assambleyası cümə günü Suriya və Fələstinin xeyrinə qətnamə layihəsini təsdiqləyib.

Fələstinin Sama xəbər agentliyinin verdiyi məlumata görə, qətnamədə Şərqi Qüds də daxil olmaqla işğal olunmuş ərazilər üzərində Fələstin xalqının suverenliyinin və Suriya xalqının Qolan təpələrinin təbii sərvətləri üzərində suverenliyinin daimi tanınması tələb olunur.

Sama-nın sözlərinə görə, 156 ölkə qanunun lehinə səs verib, lakin ABŞ, İsrail, Kanada, Nayro, Mikroneziya, Marşal adaları və Palau buna qarşı çıxıb, 15 ölkə isə bitərəf qalıb.

Fələstinin BMT-dəki nümayəndəsi bildirib ki, bu qərar Fələstin xalqının xeyrinə olan və müxtəlif siyasi, iqtisadi və sosial aspektləri əhatə edən bir sıra qətnamələrin məcmusudur.

Fələstin nümayəndəsi belə davam edib: Bu qətnamə Fələstin xalqının öz təbii sərvətlərinə yenidən hökmranlıq etmək və onları idarə etməkdə qanuniliyini bir daha təsdiqlədiyi üçün çox əhəmiyyətlidir. Beynəlxalq hüquq və IV Cenevrə Konvensiyasına uyğun olaraq, bu qayda Fələstin xalqının sionist rejimdən təzminat almaq hüququnu tanımaqla yanaşı, Fələstinin davamlı inkişafı üçün də zəruri şərtdir.

Related posts

İran: ABŞ-la heç bir əlaqəmiz yoxdur

İran əleyhinə yeni qətnaməyə reaksiya

Netanyahunu görən olub? ))