ABŞ Almaniyaya təzyiq göstərir

QafqazTimes.com AiF-ə istinadən xəbər verir: Almaniyanın vitse-kansleri Şimal Axını 2 qaz kəmərinin geosiyasi səhv olduğunu bildirib. Robert Xabek bu barədə Frankfurter Allgemeine Zeitung nəşriyyəsinə müsahibə verib. O deyib: Artıq kəmər çəkilib. Sual budur ki, onu işə salmaq lazımdırmı? Bu məsələ avropa və milli hüquq çərçivəsində həll olunmalıdır.

Vitse-kanslerin arqumentləri o qədər əsassız olub ki, onun tapşırıqla danışması hamının diqqətini cəlb edib. O deyib ki, Rusiya yenidən Ukraynanın ərazi bütövlüyünü pozsa necə olacaq?! Rusiyanın Ukraynaya yenidən hərbi müdaxiləsi fikiri haradan yaranıb? RF-nin Vaşinqtondakı səfiri Anatoli Antonov bu bəyanatın arxasında ABŞ-ın təzyiqlərinin dayandığını bildirib. Ağ Ev Şimal Axını 2-yə qarşı aqressiv münasibətini davam etdirir. Belə görünür ki, öncə layihəni qətiyyətlə müdafiə edən Almaniya artıq qərarını dəyişib.

Related posts

Qəzzada kütləvi məzarlıqlar…

Azərbaycan və İran generallarının görüşü baş tutub – FOTO

Bayden: Universitet antisemitizm məkanı deyil