İsrail hərbiçiləri bir fələstinli qadını döyərək həbs ediblər

Qafqaztimes xəbər verir ki, İsrail qüvvələri Hebrondakı nəzarət-buraxılış məntəqəsi yaxınlığında bir fələstinli qadını müqavimət əməliyyatı keçirdiyi iddiası ilə həbs edib.

Safa xəbər agentliyinin məlumatına görə, sionist hərbçilər fələstinli qadını həbs etməzdən əvvəl onu İbrahimi məscidi yaxınlığında şiddətli şəkildə döyüblər.

Digər tərəfdən, sionist “İsrael Əl-Youm” qəzeti qadının sionist sakinə bıçaqla hücum etdiyini və ona yüngül xəsarətlər yetirdiyini iddia edib.

Bununla əlaqədar olaraq, ötən cümə axşamı (dekabrın 16-da) Fələstin müqavimət qüvvələrinin işğal altındakı İordan çayının qərb sahilində Nablus və Cenin şəhərləri arasında yerləşən sionist qəsəbəsi “Humeş” yaxınlığında keçirdiyi əməliyyat zamanı 3 sionist mühacir odlu silahla yaralanmış və onlardan biri xəstəxanada həlak olmuşdur.

Related posts

Qəzzada kütləvi məzarlıqlar…

Azərbaycan və İran generallarının görüşü baş tutub – FOTO

Smotriç Netanyahu və digər Gallantın istefasını tələb edir