Bayden Osmanlı İmperiyası tərəfindən ermənilərin qətlə yetirilməsini “soyqırım” kimi tanıdı

Qafqaztimes xəbər verir ki, ABŞ prezidenti Co Bayden, şənbə günü Vaşinqton ilə Ankara arasında yeni bir gərginlik dalğasına səbəb ola biləcək bir bəyanatla Birinci Dünya Müharibəsi əsnasında Osmanlı imperiyası tərəfindən ermənilərin qətlə yetirilməsi hadisəsini soyqırım elan edib.

Co Bayden bu bəyanatda bildirib: “Biz hər il bu gündə Osmanlı İmperiyası tərəfindən ermənilərin soyqırımı zamanı həlak olanların xatirəsini ehtiramla yad edirik və bu cür vəhşiliklərin qarşısını almağı özümüzə borc bilirik.”

O, belə əlavə edib: “Amerika xalqı 106 il əvvəl belə bir gündə başlayan bu soyqırım zamanı ölən bütün erməniləri ehtiramla yad edir.”

Analitiklərin nəzərinə görə Baydenin bu addımı Vaşinqton ilə Ankara arasındakı gərginliyi artıra bilər.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib