Bakıda YPX maşını qəzaya düşdü – Polis xəsarət aldı (Video izlə)

Bakıda Yol Patrul Xidməti (YPX) avtomobili qəzaya düşüb.

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli açıqlamasında bildirib ki, hadisə Ziya Bünyadov prospektindəki tuneldə baş verib:

“Qəzadan öncə tunelin içərisini yuyublar. Yer sürüşkən olub. YPX avtomobili həmin su daşıyan maşınla toqquşub. Nəticədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis serjantı müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib. Hazırda vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

Faktla bağlı Cinayət Məcəlləsinin 263-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir”, – deyə o əlavə edib.

Related posts

ABŞ beynəlxalq məhkəməni hədələyir!

Bakıda avtomobil əvvəl digər maşına, sonra isə işıqfora çırpıldı – ANBAAN VİDEO

Yəhudilər qaçır!