Bakıda yeniyetmələri intihara hazırlayan qurğular peyda olub (Video izlə)

Bakıda yeni virtual zonalar yaradılıb. 

Sözügedən əyləncə məkanları paytaxtın müxtəlif ictimai məkanlarında – “28 Mall”, “Gənclik Mall” ticarət mərkəzləri və s. yerlərdə fəaliyyət göstərir. Hansı ki, orada müxtəlif oyunlarla yanaşı, hündürmərtəbəli binalardan yıxılaraq “ölüm” anlarını da yaşamaq olur. Üzlərinə xüsusi qurğu taxılan şəxslərə yüksəkmərtəbəli binadan aşağı yıxılma, yerə çatana qədər olan proses və sonuncu mərhələ – yerə düşmə və bütün ətrafın ağ rəngə boyanması anlarının hər biri virtual olaraq yaşadılır. Sözügedən məkandan çəkilən görüntülər TikTok platformasında sürətlə yayılır, xüsusilə də gənclər tərəfindən buna böyük maraq göstərilir.  Müşahidələrimizdən də aydın olur ki, “ölmək” istəyənlərin demək olar ki, hər biri gənclərdir. Qiyməti 5 manatdan başlayan bu zonalar nə qədər əyləncə və adrenalin yaşatsa da insan şüuruna təsir edən müxtəlif məqamlarla diqqəti çəkir. Ora gedən insanların bəziləri bir daha bu prosesi etməyəcəklərini, bəziləri isə çox pis qorxduqları üçün qorxularını aradan qaldırmaqçun bunu etdiklərini bildirirlər.

Məsələ ilə bağlı aidiyyatı qurumlardan açıqlama yoxdur.

Related posts

ABŞ beynəlxalq məhkəməni hədələyir!

Bakıda avtomobil əvvəl digər maşına, sonra isə işıqfora çırpıldı – ANBAAN VİDEO

Dubayda qeyri-adi sərgi: Əl işləri animasiyaya çevrildi – VİDEO

1 şərh

https://israel-lady.co.il/ May 18, 2022 - 9:36 axşam

Good post. I learn something totally new and challenging on blogs I stumbleupon every day. It will always be interesting to read through articles from other writers and use a little something from other sites.

Add Comment