335466 livanlı Hizbullah və müqavimət nümayəndələrinə səs verib

QafqazTimes xəbər verir ki, bazar günü keçirilən Livan parlament seçkilərinin yekun statistikası açıqlanıb.

Livanın Əl-Əhd saytının məlumatına görə, açıqlanan statistika göstərir ki, Livan parlamentindəki Hizbullah fraksiyasının təmsilçisi olan “Əl-Vəfa Lilmuqavəmə” 335 min 466 səs toplayıb.

Bununla əlaqədar olaraq, Hizbullahın virtual media departamentinin rəhbəri Hüseyn Rahal bildirib ki, elan edilən nəticələr düşmənlərin Hizbullah və “Əl-Tiyar Əl-Vətəni Əl-Hur” partiyasının (Milli Azadlıq Hərəkatı) son zamanlar geriləmələri və artıq legitimliklərinin olmaması barədə iddialarını təkzib edir.

“Əl-Mənar”a müsahibəsində o, bildirib ki, Hizbullah və Milli Azadlıq Hərəkatı arasında koalisiya qarşılaşdığı bütün problem və çətinliklərə baxmayaraq güclü olduğunu sübut etdi.

Related posts

ABŞ beynəlxalq məhkəməni hədələyir!

Yəhudilər qaçır!

Qəzza…

1 şərh

https://israel-lady.co.il/ May 18, 2022 - 9:36 axşam

Good post. I learn something totally new and challenging on blogs I stumbleupon every day. It will always be interesting to read through articles from other writers and use a little something from other sites.

Add Comment