Bakıda kişi 19 manata görə özünü öldürmək istədi – YENİLƏNİB + FOTO

“Paytaxtın Nəsimi rayonunda özünü körpüdən atmaq istəyən şəxs xilas edilib”. 

Bunu Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib.

Onun sözlərinə görə, özünü körpüdən atmaq istəyən şəxs 1969-cu il təvəllüdlüdür:

“Həmin şəxs sərxoş olub. Kafelərdən birində onun üzərində olan 19 manatın oğurlandığını iddia edib. Polis əməkdaşları tərəfindən intihara cəhdin qarşısı alınıb və şəxs körpüdən düşürülərək, izahatının alınması üçün polis bölməsinə aparılıb”.

11:16

Paytaxtın Nəsimi rayonunda kişi özünü körpüdən atmaq istəyir.

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. 

Belə ki, rayonun “3-cü mikrorayon” dairəsində yerləşən körpünün üstündən bir nəfər özünü atmaq istəyir. 

Ərazidə olan polis isə onu əməlindən çəkindirməyə çalışır.

Related posts

Abşeronda 28 ədəd qumbara, çoxlu sayda sursat tapıldı – VİDEO

Bakıda ev qiymətinə xalça satılır – FOTO

Təcili yardım heyəti xəsarət alsa da, xəstəni xilas etdi – VİDEO