Azyaşlının görüntülərini yayan tələbəyə qarşı görün nə etdilər (Video izlə)

Ötən gün İsmayıllı şəhəri 1 saylı körpələr evi-uşaq bağçasında azyaşlıya qarşı şiddət göstərildiyini videoya çəkən şəxslə bağlı məlumat var.

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə videogörüntüləri sosial şəbəkələrdə yayımlayan tələbənin azyaşlının atası tərəfindən təhsil aldığı kollecdən qovulduğunu deyib.

Azyaşlı ilə bağlı video çəkən İsmayıllı rayonu Aşağıbağ 1 saylı uşaq bağçasının digər işçisi, məlumata görə təhdid edilir. Onun müdafiəsinə hər birinizi səsləyirəm”, – deyə Ağazadə əlavə edib.

Azyaşlının atasının İsmayıllı Peşə Tədris Mərkəzinin direktor müavini Rəşid Mirzəliyev olduğu barədə məlumat yayılmışdı.

Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov isə məlumatı təkzib edib: “Kollec müdiri və ya müavini öz istəyi ilə kimisə qova bilməz”, – deyə qurum rəsmisi bildirib.

Related posts

Qəzzada kütləvi məzarlıqlar…

İcra başçısının səsini eşitmədiyi üçün mikrofonla danışmağını istəyən əlil CƏZALANDIRILDI – FOTO

Azyaşlı ölümdən son anda xilas oldu – ANBAAN VİDEO